Xoşbəxtlik indeksi və biz... II yazı - İqtisadi Təhlil İnstitunun rəhbəri
Məmməd Talıblı yazır: (II Yazı)
Hər bir insan özünə sual verir: bu xoşbəxtlik indeksi hansı meyarlarla müəyyənləşir? Xoşbəxtliyi necə ölçmək mümkündür?
Hesabatı tərtib edənlər konkret indikatorlar əsasında bu reytinqləri müəyyənləşdirirlər. Buraya uzunömürlülük, sosial təminat səviyyəsi, adambaşına düşən ÜDM, həyati seçimlərdə azadlıq, korrupsiya dərəcəsi və distopiya (hərc-mərcilik) və s. kimi göstəricilər əsas götürülür. Əlavə olaraq insanların özlərini mənəvi cəhətdən rahat, məmnun hiss etmələri də xoşbəxtliyin şərtlərindən biridir.
Gəlin, bu indikatorlar əsasında ölkəmizdə real vəziyyət nəd
ən ibarətdir suallarını təhlil edək...
Gözlənilən orta ömür müddətinin azalması.
Ölkəmizdə orta ömür müddəti (73) dünyadakı (83) orta ömür müddətindən geridə qalır. Metodoloji olaraq hər insan üçün pensiyaya çıxma müddəti ilə orta ömür müddəti arasındakı fərq 12 il olur. Tədqiqatlar isə göstərir ki, ölkəmizdə vətəndaşların 40 faizi pensiya yaşına çatmadan dünyalarını tərk edir. Bu insanların sağlamlıq durumları ilə bağlı ciddi bir siqnaldır.
Azərbaycanın quru sərhədlərinin bağlı qalması.
Ölkə pandemiya dönmindən indiyədək 4 ildir ki, quru sərhədləri ilə tam izolyasiya şəraitində yaşayır. Ölkə vətəndaşı xarici gedə bilmir, həmvətənlərimiz isə öz ölkələrinə gələ bilmirlər. İnsanlar akvariumda heç vaxt xoşbəxt ola bilməzlər. Akvariumda heç balıqlar xoşbəxt olmurlar. Haradan qala insan.
Postmüharibə dövrünün sosial-iqtisadi çətinlikləri.
Müharibədə rəşadətli Azərbaycan ordusunun qələbəsi insanların qəlbinin dərinliyində olan milli fəxarət hissəsini alovlandırdı. Milli ləyaqət hissi özünə qayıtdı. Qələbəni qazanmış millətin yaşam standartları da dəyişməli idi. Real məzmunlu reformalar gözləntisi var idi. Təəsüf ki, həmin ümidlər suya düşdü və insanların sosial-iqtisadi şəraiti daha da pisə doğru dəyişdi.
Cəmiyyətdə ədalət defisiti. Bir cəmiyyətdə xoşbəxtlik anlayışı özündə maddi vəziyyətlə yanaşı, cəmiyyətdə özünü təminatlı və təhlükəsiz hiss etmə duyğusu ilə bağlıdır. Bütün insanlar özlərinin təhlükəsizliyini hüquqla və ədalətli çərçivələrlə əhatələndiyini düşünür. Bir cəmiyyətdə hüquqi nihizm varsa, o zaman insanların ədalət anlayışları deformasiyaya uğramış olacaq. Çünki insan xoşbəxtliyinin kökü ədalətsizlik ağrıları ilə birbaşa bağlıdır.
Kameron Kinq yazırdı ki, əsl xoşbəxtlik ədalətlə üzləşəndə, ədalətə aid məsələləri həll edəndə baş verir. Bizim cəmiyyətdə bu məsələ özünün həllini tapa bilmədiyi üçün xoşbəxtlik ümidimiz suya düşür.
İnsanın xoşbəxt olması özünün xoşbəxtliklə bağlı nəsibinin və gözləntilərinin yaşadığı ölkədə tapması ilə bağlıdır. Bizim ölkədə hansı gəncə universiteti bitirəndən sonra harada çalışmaq istərsən sualına sanki xorla verilən cavabları var: xaricdə!
Əgər bir ölkə gənclərin karyera nərdivanı üçün özünüifadə meydanı vermirsə, özünün xoşbəxt gələcəyini yaşadığı məmləkətdə tapa bilmirsə və onun konturların görə bilmirsə, o zaman onların bu planların başa düşmək lazımdır. Fransa yazıçısı Milan Kundera yazırdı ki, yaşadığı yeri tərk etmək arzusu olan insan xoşbəxt insan deyil.”
(Ardı var)
Paralel.az