Yetmiş il “dəmir ağciyər”lə yaşayan kişi vəfat edib
Uşaqlıqda poliomielit xəstəliyinə tutulduqdan sonra 70 il “dəmir ağciyər” adlanan aparatla yaşayan kişi dünyasını dəyişib.
ABŞ-ın Dallas şəhərində (Texas ştatı) yaşayan Paul Aleksandr altı yaşında poliomielit virusuna yoluxaraq iflic olub və həyatına “mexaniki ağciyər” aparatının içərisində davam edib. O, acınacaqlı vəziyyətinə baxmayaraq, universitetə daxil olub və Hüquq fakültəsini bitirib, 2020-ci ildə öz xatirələrini nəşr etdirib.
Qeyd edək ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində tez-tez baş verən epidemiyalar səbəbindən poliomielit dünyada ən qorxulu xəstəliklərdən biri sayılırdı. 1916-cı ildə ABŞ-da bu virus epidemiya halını alaraq iki minə yaxın, 1952-ci ildə isə üç mindən çox insanın ölümünə səbəb olmuşdu.