Avropa ABŞ-ın NATO-nu tərk edəcəyinə hazırlaşmalıdır

Avropa ABŞ-ın NATO-nu tərk edəcəyinə hazırlaşmalıdır
 

Avropanın NATO üzvləri ABŞ-ın alyansdan çıxması ssenarisinə hazırlaşmalıdırlar.

Paralel.az xəbər verir ki, bunu NATO ölkələrinin bir sıra diplomatları "Teleqraf" qəzetinə bildiriblər.

“Paytaxtlar (Avropa ölkələrinin - red.) Donald Trampın təhdidləri fonunda plan qurmalı və öz hərbi imkanlarını yenidən nəzərdən keçirməlidirlər”, – qəzet yazıb.

Avropalı diplomatlardan biri qəzetə bildirib ki, Donald Trampın ABŞ-ın NATO-ya üzvlüyü ilə bağlı açıqlamaları ciddi narahatlıq doğurur:

"Heç kim bundan sonra nə olacağını bilmir".

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp daha əvvəl açıq şəkildə bildirmişdi ki, noyabrda ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlsə, alyansın gələcəyini müzakirə etmək üçün 2025-ci ilin iyununda NATO sammitini çağıra bilər.

 

0.015695095062256