ABŞ üç ölkəyə qoşun yeridəcək

ABŞ üç ölkəyə qoşun yeridəcək
 

ABŞ Konqresi Sakit Okean ada ölkələrinə ABŞ-nin eksklüziv hərbi mövcudluğu müqabilində 7,1 milyard dollar iqtisadi dəstəyi təsdiqləyib.

Paralel.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrində yazı dərc edilib.

Yazıda qeyd olunub ki, söhbət Palau, Marşal adaları və Mikroneziyadan gedir.
“ABŞ Konqresi ABŞ-nin Sakit Okean ada ölkələri ilə əsas müqavilələrinin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu saziş ABŞ-yə Palau, Marşal adaları və Mikroneziyaya eksklüziv hərbi giriş imkanı verir”, - deyə nəşr bildirib.

 

0.029751777648926