Sədərək Mədəniyyət şöbəsinin müdiri işdən çıxarılıb

Sədərək Mədəniyyət şöbəsinin müdiri işdən çıxarılıb
 

Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad Vilayət oğlu İsmayılov işdən azad olunub.

Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Seyidov Məhəmməd Eldar oğluna həvalə edilib.

 

0.016539096832275