1 yaşına qədər olan körpələrin qızılcaya yoluxması və ölüm təhlükəsi nə qədərdir? - Pediatrdan AÇIQLAMA

1 yaşına qədər olan körpələrin qızılcaya yoluxması və ölüm təhlükəsi nə qədərdir? - Pediatrdan AÇIQLAMA
 

Yoluxucu virus infeksiyası olan qızılca, xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır. Qızılca virusu yüksək hərarət, xarakterik qırmızı səpgi, öskürək və burun axması da daxil olmaqla bir sıra simptomlarla özünü göstərir. Bu yoluxucu xəstəlik hava-damcı, eləcə də tənəffüslə  yayılır və insanların sıx olduğu yerlərdə asanlıqla bir-birlərinə ötürülür. 

Qeyd edək ki, qızılca üçün peyvəndlənmənin birinci dozası uşağın 1 yaşında, ikinci dozası isə 6 yaşında aparılır.  

Belə olan halda, 1 yaşdan aşağı uşaqların qızılcaya yoluxması  təhlükəsi nə qədərdir? Ölüm riski varmı? Onları virusdan necə qoruyaq?

Tanınmış pediatr Vaqif Qarayev Bizim.Media-ya bildirib ki, anada immunitet olanda, 6 ayına qədər körpələrdə yoluxma ehtimalı kifayət qədər azdır:

“Lakin anada immunitet olmayanda, südəmər uşağın virusa yoluxması baş verə bilər. Konkret bir ərazidə virus tüğyan edirsə, epidemiya varsa, hamının yoluxmasını gözləmək olar. Epidemiyanı ram etmək lazımdır. Bunun üçün isə peyvəndsiz kontengenti vaksinləmək lazımdır.

O gün mətbuatda oxudum ki, 10 mindən çox uşağı peyvəndləyiblər. Bunu çoxdan etmək lazım idi. Əlbəttə ki, körpə uşaqların yoluxması çox pis haldır. Çünki onlarda immunitet aşağıdır, ağırlaşma ehtimalı çoxdur. Ağırlaşma varsa, ölüm də gözləmək olar”.

Qeyd edək ki, Azətbaycanda 1 yaşına qədər olan uşaqların da qızılcaya yoluxması, hətta ölüm halı qeydə alınmsı ilə bağlı məlumatlar yayılır.

 

0.012909889221191