Həcc ziyarəti ilə bağlı XƏBƏRDARLIQ - 6 aya qədər həbs, 13 min dollar CƏRİMƏ

Həcc ziyarəti ilə bağlı XƏBƏRDARLIQ - 6 aya qədər həbs, 13 min dollar CƏRİMƏ
 

Səudiyyə Ərəbistanı hakimiyyəti xarici vətəndaşlara və sakinlərə 2024-cü il Həcc ziyarətində qeyri-qanuni iştiraka görə mümkün cəzalar barədə xəbərdarlıq edib. 

Musavat.com xəbər verir ki, bu barədə BƏƏ-nin “Gulf News” qəzeti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. 

Qeyd olunub ki, Həcc icazəsi olmayan şəxslər 2 aydan 6 aya qədər həbs və 50 min rial (13,3 min dollardan çox) məbləğində cərimələnə bilərlər.

"Bununla bağlı saxlanılan əcnəbiləri deportasiya və 10 il ölkəyə giriş qadağası gözləyir", - bəyanatda deyilir.

Bundan əlavə, zəvvarlara “qanunsuz maliyyə yardımı”nda iştiraka görə mümkün cəzalar barədə xəbərdarlıq edilib.

Bu cür pozuntulara görə 7 ilə qədər həbs və 5 milyon Səudiyyə rialına (1,3 milyon dollar) qədər cərimə nəzərdə tutulur. 

 

0.019779920578003