Ermənistanın hücum etmək planı barədə məlumat var - “Artıq...”

Ermənistanın hücum etmək planı barədə məlumat var - “Artıq...”
 

Ermənistanın günü-gündən silahlanması regionda ciddi narahatlıq yaradır. Bir çox ekspert İrəvanın Fransanın təhriki və dəstəyi ilə genişmiqyaslı hücuma hazırlaşdığını iddia edir.

Fransanın İrəvanı silahlandırması fonunda Ceyhun Bayramovun sülh bəyanatı isə diqqət çəkir.

Regionda yeni lokal müharibə ehtimalı varmı, rəsmi Bakının hazırlıq səviyyəsi necədir, Fransanın regionda gərginlik yaratmaq məqsədi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a  danışan politoloq Əhəd Məmmədli  deyib ki, XİN başçıları daha çox sülh mesajı vermək, gərginliyi yumşaltmaq üçün açıqlamalar verir:

“Müharibə qərarını verən dövlət başçılarıdır. Müdafiə nazirləri, baş komandanlar müharibənin necə və hansı taktika olacağını bilən, müəyyən edən şəxslərdir. Ermənistanın silahlanması artıq bir sirr deyil. Rəsmi İrəvan onsuz da bu prosesi gizlin etmir. Rəsmi Bakı da Ermənistanın nə etmək istədiyinin fərqindədir.
İran, Rusiya, Fransa, Hindistan bu prosesdə Ermənistana əsas dəstək verən ölkələrdir. Prinsip etibarilə hər bir ölkə silahlana, öz arsenalını gücləndirə bilər. Lakin sülh müqaviləsi imzalanmadan Ermənistanın bu prosesi aparması təbii ki, bizi narahat etməyə bilməz.
Vəziyyət təhlükəli hal alarsa, rəsmi Bakı Ermənistana cavab verməli olacaq. Prinsip etibarilə iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Yəni tərəflərdən biri digərindən təhdid hiss edərsə və bunu arqumentləşdirə bilərsə, hərbi əməliyyata başlaya bilər.
Azərbaycan regionda müharibə istəmir, amma lazım gələrsə, bundan da geri durmaz”.

 

0.013465881347656