Britaniya MN PUA-lar üçün 5,8 milyard dollar ayıracaq
Böyük Britaniya hökuməti növbəti 10 il ərzində pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına və silahlı qüvvələrin onlarla təchiz edilməsinə 4,6 milyard funt sterlinq (5,8 milyard dollar) ayırmağı planlaşdırır.
Paralel.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) pilotsuz müdafiə sistemlərinin inkişafı strategiyasını əks etdirən sənədində qeyd edilib.
“Müharibənin Avropaya qayıtması müdafiə tədarüklərinə möhkəm, effektiv və çevik yanaşmanın zəruriliyini vurğulayıb”, - sənəddə bildirilib.
Qeyd edilib ki, strategiyanın ilkin prioriteti Ukraynaya PUA-ların çatdırılması planının uğurla həyata keçirilməsidir.