İranda ailə faciəsi: 12 qohumunu silahla qətlə yetirdi

İranda ailə faciəsi: 12 qohumunu silahla qətlə yetirdi
 

İranın Kirman vilayətində 30 yaşlı gənc ailə faciəsi törədib. 

Paralel.az “Haberler.com”a istinadla xəbər verir ki, o, qadın və uşaqların da olduğu 12 qohumunu odlu silahla öldürüb.

Daha sonra hadisə yerindən qaçıb.

Kirman əyalətinin polis rəisi Nasir Ferşid hadisə ilə bağlı açıqlama verib:

“Əyalətin Fəryab şəhərinin kənd yerlərində yaşayan 30 yaşlı iranlı gənc ailəsi ilə mübahisə zamanı 12 qohumunu kalaşnikov avtomatı ilə öldürərək hadisə yerindən qaçıb.

Hadisədən sonra əməliyyat-axtarış tədbirləri başlayıb. Yeri müəyyən edilən şübhəli tutulma əməliyyatı zamanı başlayan qarşıdurmada güllələnərək öldürülüb”.

Digər tərəfdən, qətldə istifadə edilən silah ələ keçirilib.

 

0.013150930404663