Əmək haqqı kartla, yoxsa nağd ödənilməlidir?

Əmək haqqı kartla, yoxsa nağd ödənilməlidir?
 

Valyuta.az işçilərin maaşlarının nağd yoxsa, kart vasitəsi ilə ödənilməsi haqqında Nahid Tağıyevin şərhini təqdim edir.

“Bu məsələ “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.4 maddəsi ilə tənzimlənir. Maddəyə əsasən pərakəndə ticarət, iaşə - kafe, restoran və xidmət sektorunda fəaliyyət göstərən şəxslər işçilərin maaşlarını nağd şəkildə ödəyə bilərlər . Bir şərtlə ki, həmin vergi ödəyicilərinin 12 aylıq dövriyyəsi 200 min manatı keçməsin. Əgər bu şəxslərin 12 aylıq dövriyyəsi 200 min manatı keçərsə, işçilərin maaşı nağdsız qaydada, kart ilə ödənilməlidir.

 Topdan satış və istehsalat sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri isə dövriyyəsinin 200 min manatı keçib keçməməsindən asılı olmayaraq işçilərin maaşını kart ilə ödəməlidir”. 

 

0.026584148406982