Füzulinin icra başçısı Alı Alıyev vəzifədən gedir – seçkidən sonra…

Füzulinin icra başçısı Alı Alıyev vəzifədən gedir – seçkidən sonra…
 

Seçkidən sonra Füzuli rayon icra başçısı Alı Alıyevin vəzifəsi ilə vidalaşma ehtimalı ciddiləşib.

Paralel.az rayondakı mənbələrdən məlumat alıb ki, 2011-ci ildən Füzuli rayonuna rəhbərlik edən Alı Alıyevin yerinə təyinat olacaq.

Hakimiyyət təxminən 13 ildir Füzuli rayonuna başçılıq edən Alı Alıyevlə yolları ayırmaq barədə qərara gəlib. Füzuli işğaldan azad edildikdən sonra yeni tələb və çağırışlar yaranıb, azad edilən ərazilərə əhalinin qayıdışı başlanıb, keçmiş köçkünlər artıq doğma yurdunda məskunlaşırlar.

İdarəetmədə çeviklik və mobillik tələb edilir, ölkədə idarəçiliyin innovativ metodları, müasir həyatın tələbləri rəhbər vəzifələrdə çalışanlarda yeni dövrə uyğun baxış zərurəti yaranıb. Bu da yeni, çevik, gənc məmurlarla işləməyə çağırışdır. Bu və digər səbəblərə görə, hakimiyyət kluarlarında dəyişimlər barədə xəbər dolaşır və Alı Alıyevin də işdən azad ediləcəyi deyilir.

Qeyd edək ki, Alı Alıyevin fəaliyyəti ilə bağlı ortada 12 illik ciddi tənqidlər, xeyli ittihamlar və şikayətlər var. Bunlar ciddi araşdırmalı və qiymət verilmılidir.

Bildirək ki, Alı Alıyev məşhur qudalar - sabiq Milli Bankın sədri Elman Rüstəmov - "Su və Melorasiya" ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin himayəsilə Füzuliyə icra başçısı təyin olunduqdan sonra rayonda qazandığı "su cuvarı" liçkasını üstündən atçağa çalışdı. O, "İriçaplı" icra başçısı imici qazanmaq üçün bir çox maxinasiyalara əl atdı, Füzulidə Nəbi Müxtarovun bünövrəsini qoyduğu rüşvət və korrupsiyanı ən yüksək səviyyəyə qaldırdı, amma səviyyə etibarı ilə elə "su cuvar"lığında qaldı. Yaxından tanıyan rayon sakinlərinin dediklərinə görə, Alı Alıyev qısa meddətdə rayonun 10 min hektardan çox topraq sahəsini ələ keçirib, taxıl əkib və külli miqdarda subsidiya əldə edərək milyonerə çevrilib.

Füzulilər deyirlər ki, Alı Alıyevin Füzuliyə rəhbər təyin olunması rayon əhalisinə təhqirdir.

Cənab Prezident seçkidən sonra bir sıra rüşvətxor, korrupsioner, etimadı doğrultmayan məmurları yola salınacağı barədə cəmiyyətdə geniş müzakirələr gedir. Füzulilərin dediyinə görə, bunların arasında "su cuvarı"ndan Füzulinin icra başçısı vəzifəsinə yüksələn, 12 il rayonda törətdiyi maliyyə maxinasiyaları ilə milyonlar qazanan Alı Alıyev də var.

Abbas

0.02203893661499