Sumqayıtda və Bakıda yürüş başladı - FOTO - VİDEO

Sumqayıtda və Bakıda yürüş başladı - FOTO - VİDEO
 

"Exit-poll"un nəticələri açıqlanandan sonra Sumqayıtda avtoyürüş başlayıb.

"Paralel.az" məlumat verir ki, sürücülər dövlət bayraqları ilə şəhərdə dövrə vururlar.

Eyni zamanda Bakının Dənizkənarı Milli Parkında minlərlə insanın iştirakı ilə hazırkı Prezident İlham Əliyevə dəstək yürüşü keçirilir.

Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam etdirilir.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.

 

0.024693012237549