Türkiyədə helikopter qəzaya uğradı, iki pilot həlak oldu

Türkiyədə helikopter qəzaya uğradı, iki pilot həlak oldu
 

Türkiyənin Qaziantep şəhərinin Kartal kəndi ərazisində helikopter qəzaya uğrayıb.

Paralel.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Onu sözlərinə görə, qəza nəticəsində 2 pilot həlak olub.

“Bu gün axşam saatlarında Hatay Hava Limanından Qaziantep Hava Limanına getmək üçün havaya qalxan helikopterimiz, Qaziantepin Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya düşüb. Sonuncu dəfə saat 22:49-da Vahid Hava Hərəkatları Mərkəzi ilə əlaqə saxlayan helikopterimizdə olan iki pilot şəhid olub, texniki işçimiz isə yaralanıb”, - Yerlikaya sosial mediadakı paylaşımında qeyd edib.

 

0.01521110534668