BMT Somali ordusuna dəstək verəcək

BMT Somali ordusuna dəstək verəcək
 

BMT-nin Somaliyə dəstək şöbəsi keçid dövründə yerli orduya texniki təlim keçməyi öhdəsinə götürüb.

Bu barədə BMT və Afrika İttifaqının Keçid Missiyasının birgə bəyanatında bildirilib.

BMT sözçüsü Kurat-ul-Ayn Sadozay deyib: “Biz missiyanın azaldılmasının üçüncü mərhələsini dəstəkləməyə və lazımi maddi-texniki dəstəyi verməyə hazırıq”.

Bundan əvvəl Afrika İttifaqının Somalidəki missiyası qoşunların ölkədən çıxarılmasının ikinci mərhələsinin başa çatdığını bildirərək, yeddi hərbi bazanı ölkə hökumətinə təhvil verdiyini bildirib.

 

0.010349035263062