Distant təhsilə dair meyar və standartları kim hazırlamalıdır? - dos. İlham Əhmədov
Nəhayət ki, Azərbaycanda distant təhsilin tətbiq edilməməsinin səbəbləri açıqlanıb. Çox qəribə səbəblər deyilib. ETN-nin rəsmisi bildirib ki, distant təhsili tətbiq etməyə biz hazır deyilik, çünki, distant təhsilə dair meyar və standartlar hazırlanmamışdır. Bəs bunu son 25 ildə kim hazırlamalı idi? Bəlkə Kənd təsərrüfatı, Səhiyyə, Mədəniyyət v.s. nazirliklər hazırlamalı imiş?
Qeyri təvazökarlıq olmasın, biz 2005-ci ildə "Azərbaycanda distant təhsilin yaradılması və inkişakı strategiyası"nı hazırlayıb TN-ə təqdim etmişdik. Sonralar da bir neçə dəfə yada da salmışıq bunu, "Niyə distant təhsili yaratmırsınız" deyə sual verdik? Təbii ki, cavab verilmədi. Səbəb mənə çoxdan məlumdur.
Hətta pandemiya müddətində nazir dedi ki, biz distant yaratmırıq, " ... pandemiya dövründə vəziyyətdən çıxmaq üçün bundan istifadə edirik". Bəs, görəsən niyə yaratmırıq?
Əgər bu 19 ildə müracit etsəydilər, meyar və standartları da hazırlayıb TN-ə təqdim edərdik.
Distant təhsilin keyfiyyətsiz olması bəhanəsi də yersizdir, çünki, pandemiya dövründə bizdə olanlar distant təhsil deyildi, sadəcə "pandemiya dövründə vəziyyətdən çıxmaq" üçün tələm tələsik və yarımçıq hazırlanmış bir "layihə" idi.
Əgər distant təhsil həqiqətən də keyfiyyətizdirsə, onda 25 ildir minlərlə universitetlər, milyonlarla tələbələr, yüzlərlə korporativ universitetlər niyə bundan istifadə edirlər? Niyə bu vaxta qədər distant təhsilin inkişafına milyardlarla dollar sərf edilib?
Amma bu yaxında bu problemi ETN həll edəcək. Bu yaxınlarda ETN "Distant təhsilin əhəmiyyəti və mahiyyəti" adlı möhtəşəm bir layihəyə "dostcasına güzəştli" qrant" verib. Bu qrant layihəsi qoyulan bütün suallara ətraflı cavab verilcək.
Dünya süni intellekti təhsildə tətbiq edəndə, biz hələ distant təhsilin mahiyyətini və əhəmiyyətini öyrənirik, keyfiyyət meyarlarını axtarırıq. Cənablar, sizin axtardığınız sualların cavabı artıq 25 ildir məlumdur. Təbii ki, mütəxəssislərə.
"Paralel.az"