“Neftçi” PFK-nın yeni məşqçilər heyəti müəyyənləşib

“Neftçi” PFK-nın yeni məşqçilər heyəti müəyyənləşib
 

“Neftçi” PFK-nın yeni məşqçilər heyəti müəyyənləşib.

Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, monteneqrolu baş məşqçi Miodraq Bojoviçin 5 köməkçisi olacaq.

Bunlar Saşa Petroviç, Sənan Qurbanov, Deyan Mrvalyeviç, fiziki hazırlıq üzrə mütəxəssis Deyan İliç və qapçılar üzrə məşqçi Emil Babayevdir.

Qeyd edək ki, "Neftçi" dekabrın 24-də Miodraq Bojoviçlə 1,5 illik müqavilə bağlayıb.

 

0.016083955764771