Paşinyan bu dəfə də qalib oldu: aksiyalar işə yaramadı - SORĞU

Paşinyan bu dəfə də qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
 

Ermənistanda növbədənkənar seçkilər keçirilərsə, xalqın kimə etimad edəcəyi ilə bağlı sorğu keçirilib.

Hətta erməni mediasının yazdığına görə, əsasən, Ermənistanda narazılıq geniş vüsət alsa da, sorğuların nəticəsinə görə, Paşinyanın komandası Ermənistanda ən yüksək reytinqə də malikdir.

Paralel.az xəbər verir ki, mayın 15-də Ermənistanda “GALLUP Beynəlxalq Assosiasiyası”nın tamhüquqlu üzvü MPG MMC-nin direktoru Aram Navasardyan mətbuat konfransında mayın 13-14-də “Vətən üçün Tavuş” hərəkatı ilə bağlı  keçirdiyi  “Liderlik” sorğusunun nəticələrini təqdim edib.

Qeyd olunub ki, “gələn bazar günü parlament seçkiləri olsa, hansı partiyaya və ya partiyaların ittifaqına səs verəcəksiniz?” sualına vətəndaşların cavabları aşağıdakı kimi olub: 

1.Paşinyanın liderlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası - 12,8 %;
2. Keşiş Baqrat Srbazan - 3.9%;
3. Robert Köçəryanın lideri olduğu "Ermənistan" alyansı - 3,5%;
4. Vardan Qukasyan - 2.1%;
 5. Serj Sarqsyanın "Respublika" partiyası - 0,9%;
6. "Daşnaksütun" - 0.6%;
7. "Mənim şərəfim" bloku - 0,5%;
8. Sabiq ombudsman Arman Tatoyan - 0.5%;
9. PAP - 0.5%;
10. Suren Petrosyan - 0,3%
11. Levon Şirinyan - 0,2%
12. NDB - 0.2%:
13. Digərləri - 1 % .

Bu sorğunun nəticələri onu göstərir ki, Ermənistanda xalq hakimiyyətdən narazı olsa da, digərləri ilə müqayisədə yenə də Paşinyanın komandasına etimad göstərirlər.


0.037039995193481