Ərzaq “çap etmək” üçün xüsusi mürəkkəb - kəşf olundu
Rusiya alimləri 3D printerdə ərzaq çapı üçün biomürəkkəb yaradıblar.
“Medicina” xəbər verir ki, Vyatskiy dövlət universitetinin əməkdaşları ilk dəfə biotexnoloji metodla bitki biokütləsindən mürəkkəb əldə ediblər.
Bu bitki əsaslı vasitə qida məhsullarının tərkibində istifadə edilə bilər.
3D printerlə xüsusi personal dietaların hazırlanmasında uğurla ərzaqlar hazırlamaq olar. Bu qidalarda şəkər, zülal, karbohidratı, eləcə də allergiya verən maddələri tənzimləmək olur.
Eləcə də bəzi xəstəliklər, udma, çeynəmə problemi olanlar üçün rahat qidalar hazırlamaq olar.
Biomürəkkəbi daha əyləncəli işlər üçün- dizayner şirniyyatları və yeməli portretlərin hazırlanmasında istifadə etmək olar.