İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdlə bağlı paylaşım edib.
Paralel.az xəbər verir ki, dövlət başçısı “X” səhifəsindəki paylaşımda bildirib:
“Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Mənim fikrim Baş nazir Fitso, onun ailəsi və slovak xalqının yanındadır. Ona tezliklə sağalmağı arzulayıram".