Zaqatalada evdəki yanğın bu səbəbdən baş verib

Zaqatalada evdəki yanğın bu səbəbdən baş verib
 

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb. Bu mənzil rayonun Yeni Suvagil kənd sakini Aydın Ramazanova məxsus, ümumi sahəsi 150 kv/m olan kürsülü beş otaqdan ibarət fərdi yaşayış evidir.

Ev sahibi Aydın Ramazanovun Bizim.Media-ya açıqlamasına görə, yanğın baş verən zaman ailə üzvləri toy məclisində olublar. 

Onun sözlərinə görə, mənzilə çatana kimi ev tamamilə yanıb:

“Yanğına səbəb soba olduğu iddia olunur”.

Yanğının söndürülməsi üçün kəndə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının dəqiq nədən baş verməsi isə aparılan araşdırmalardan sonra bəlli olacaq.  

 

0.030720949172974