Pedofil milyarderin şəbəkəsi ifşa olundu: Siyahıda məşhur adlar var

Pedofil milyarderin şəbəkəsi ifşa olundu: Siyahıda məşhur adlar var
 

ABŞ-də qızlara qarşı cinsi zorakılıq, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaqda günahlandırılan amerikalı milyarder Ceffri Epşteyn tərəfindən qurulan dəstədə yeni adlar üzə çıxıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, ictimaiyyətə açıqlanan məhkəmə sənədlərində ABŞ-nin keçmiş prezidenti Bill Klinton və İngiltərə kralı III Çarlzın qardaşı Şahzadə Endryunun adı da var.

ABC News-un məlumatına görə, Klintonun adı məhkəmə sənədlərinin 50-dən çox səhifəsində "Doe 36" kimi keçir. Epşteynin pilotlarından biri tərəfindən saxlanılan uçuş qeydləri Klintonun Paris, Banqkok və Bruney səfərləri də daxil olmaqla, 2001-ci ildə vəzifəsini tərk etdikdən sonrakı illərdə Epşteynin təyyarəsində səyahət etdiyini göstərir.

İş materiallarında ABŞ-nin keçmiş prezidenti Donald Trampla yanaşı, Naomi Kempbell, Keyt Blanşett, Leonardo Di Kaprio, Brüs Uillis, Kemeron Diaz, Kevin Speysi və Maykl Ceksonun da adı hallanır.

BBC-nin verdiyi xəbərə görə, iş materiallarında bəzi adlar təqsirləndirilərkən, bəziləri potensial şahid qismində çəkilir.

Norveçin keçmiş baş naziri Torbyorn Yaqland zərərçəkənlərlə əlaqə saxlamaqda ittiham olunur.

ABŞ prezidentliyinə namizəd Robert Kennedi Epşteynin təyyarəsində iki dəfə uçduğunu bildirib.

Siyahıda “Google”un həmtəsisçisi Sergey Brin də var. Məhkəmə iddiasına görə, 2004-2007-ci illərdə Epşteyn müxtəlif fondlar yaratmaq üçün Brin ilə əməkdaşlıq edib.

Sənədlərə görə, İsrailin keçmiş baş naziri Ehud Barak 2013-cü ildən 2017-ci ilə qədər Epşteynin Nyu-Yorkdakı evinə tez-tez baş çəkib.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ildə Nyu-Yorkun Manhetten Metropoliten Mərkəzi Həbsxanasında saxlandığı kamerada ölü tapılıb.

Günay

 

0.01612401008606