Paşinyan: 5 ay izah edə bilmədim ki...

Paşinyan: 5 ay izah edə bilmədim ki...
 

“Beş ay izah edə bilmədim ki, tualetə şəffaf şüşə qoymaq lazım deyil. Bunun üçün xüsusi bilik lazımdır?”

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında məktəblərin tikintisi zamanı yol verilən çatışmazlıqlar və nöqsanlar barədə danışarkən deyib.

Tikinti və təmir zamanı məktəblərdəki problemlərdən danışan Paşinyan deyib ki, istər dizayn, istər keyfiyyət baxımdan ciddi uğrusuzluqlar mövcuddur: “Pul mənimsəmək üçün istənilən varianta əl atırlar”. 

O əlavə edib ki, Loridə məktəbin açılışında olub və orada da eyni mənzərə ilə rastlaşdım: "Hara gedirəmsə, su damcılayır. Beş ay izah edə bilmədim ki, tualetə şəffaf şüşə qoymağa ehtiyac yoxdur, bunun üçün xüsusi bilik lazımdır? Ərəbistandan əvvəlki mədəniyyət Ermənistanda dərin kök salıb”.

O, idman zallarında da  vəziyyətin bərbad olduğunu qeyd edib. “İdman zalında basketbol üçün arxa lövhələr var. Ancaq bunlar basketbol arxa lövhələri deyil, yuvarlaq bir şeydir.  Deyirəm ki, bunlar basketbol lövhələri deyil, mənə cavab verirlər: hər şey yaxşıdır…  
Bu zalları gəzirik, asılqana toxunuruq, düşür. Məktəblərin yaxınlığında yaşıllıqların salınmasını planlaşdırmışıq. Soruşuram ki, suvarma suyu bura çatırmı, cavab verirlər ki, yox. Burada necə yaşıl zona ola bilər? Baş nazir bütün bunları niyə görməlidir?”, - Paşinyan bildirib. 

 

 

0.025215864181519