Tovuzda teplovoz piyadanı vurub öldürüb

Tovuzda teplovoz piyadanı vurub öldürüb
 

Tovuz stansiyasında teplovoz dəmir yolu üzərinə çıxmış piyadanı vurub öldürüb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

“Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib”, – qurum bildirib.

0.043839931488037