​Peresin Arda barədə sözləri mediaya sızdı - “Bu necə ola bilər”

​Peresin Arda barədə sözləri mediaya sızdı - “Bu necə ola bilər”
 

“Real Madrid”in “Santiaqo Bernabeu”da “Kadis”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda Arda Gülerin göstərdiyi performans prezident Florentino Peresi heyran edib.

Metbuat.az xəbər verir ki, Peres futbolçunu tərifləyib. “Defensa Central”ın məlumatına görə, Perez Arda Güleri izlədikdən sonra "Bu qədər az oynadığı halda, insanlardan necə bu qədər sevgi görə bilir? Bu, çox yaxşıdır!" deyə bildirib.

Qeyd edək ki, Arda Güler “Kadis”lə oyunun start heyətində yer alıb və 66-cı dəqiqədə əvəzlənib. Matçın dördüncü dəqiqəsində Arda driblinglə iki rəqibin arasından yayınaraq oyunu sol cinaha açıb. Bu arada azarkeşlər ayağa qalxaraq Ardanı alqışlayıblar. Arda əvəzlənərkən azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar.

 

0.0173499584198