Sərnişinin hərəkətinə görə qatar xətdən çıxarıldı

Sərnişinin hərəkətinə görə qatar xətdən çıxarıldı
 

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb. 

Qurumdan verilən məlumata görə, "28 May" stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinləri düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. 

Nəticədə, qatar stansiyanı, sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib.

 

0.014704942703247