Slovakiyanın baş naziri Azərbaycana gəlir.
Slovakiyanın baş naziri Robert Fiko Azərbaycana gəlir.
Paralel.az xəbər verir ki, bu barədə Slovakiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Azərbaycan qazının Slovakiyaya mümkün tədarükünü müzakirə ediləcək.
"Fiko Bakıya səfəri çərçivəsində mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və onunla iqtisadi əməkdaşlığın və ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə edəcək. İclasın mövzusu həm də Azərbaycan qazının Slovakiyaya nəqli imkanları olacaq", - Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Bundan əlavə, strateji tərəfdaşlıq haqqında bəyannamə və müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır. Səfərdə Fikonu sahibkarlar, iqtisadiyyat, xarici işlər və müdafiə nazirləri müşayiət edəcək.
Bu, Fikonun Aİ üzvü olmayan ölkəyə ilk xarici səfəri olacaq.
Fiko daha əvvəl bildirmişdi ki, may ayında Slovakiya nümayəndə heyəti qaz tədarükünün şaxələndirilməsi yollarını öyrənmək üçün Azərbaycana səfər edəcək.