Olimpiya mükafatçısı qətldə şübhəli bilinir

Olimpiya mükafatçısı qətldə şübhəli bilinir
 

Avstraliyalı velosipedçi və ikiqat Olimpiya mükafatçısı Roan Dennis həyat yoldaşı, trek velosipedi üzrə dünya çempionu Melissa Hoskinsi öldürməkdə şübhəli bilinir.

Paraĺeĺ.az xəbər verir ki, bu barədə "RMC Sport" agentliyi məlumat yayıb.

Karyerasını başa vuran Roan Dennis həyat yoldaşını öldürməkdə şübhəli bilinərək Adelaidada Avstraliya polisi tərəfindən həbs edilib. İttihamlara görə, 33 yaşlı velosipedçi qadını öz avtomobili ilə vuraraq öldürüb.

Qeyd olunur ki, avstraliyalı ehtiyatsızlıqdan başqalarının həyatını təhlükəyə atmaqla ölümə səbəb olmaqda şübhəli bilinir.

Dennis gələn ilin martında Adelaida məhkəməsi qarşısına çıxacaq.

 

0.027838945388794