Afrikanın ən varlı adamı bir ildə neçə milyard dollar itirib?

Afrikanın ən varlı adamı bir ildə neçə milyard dollar itirib?
 

Afrikanın ən varlı adamı, Nigeriyanın ən böyük sənaye şirkətinin sahibi Aliko Danqote 2023-cü ildə 3,6 milyard dollar itirib.

Paralel.az xəbər verir ki, bu barədə "La Nouvelle Tribune" yazıb.

Nəşr qeyd edir ki, sahibkarın maliyyə itkiləri əsasən Nigeriya Mərkəzi Bankının milli valyuta - naira üçün vahid üzən məzənnə tətbiq etmək qərarı ilə bağlıdır. Bu addım nairanın 50%-dən çox dəyər itirməsinə səbəb olub və Alikonun demək olar ki, hamısı Nigeriyada olan sərvətini 18,7 milyard dollardan 15,1 milyard dollara endirib.(Qaynarinfo )

 

 

0.016866207122803