Direktor Respublika Klinik Xəstəxanasını "bazar"a çevirib...

Direktor Respublika Klinik Xəstəxanasını
 

Xəstələr tibbi xidmətdən narazıdır

Artıq 2 ilə yaxındır ki, TƏBİB-in nəzarətinə keçən Respublika Klinik Xəstəxanasında müalicə olunan xəstələrin vəziyyətilə maraqlandıq.

Çünki bu ilin may ayında klinikada stasioner müalicə alan xeyli sayda xəstə tibbi xidmətdən redaksiyaya ciddi narazılıq ifadə etmişdilər.

Klinikada apardığımız araşdırma nəticəsində məlum oldu ki, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov 2022-ci ilin dekabr ayında TƏBİB tərəfindən təyin olunub və klinikanın fəaliyyətində müsbət heç bir müsbət dəyişiklik yoxdur.

Klinikada müalicə alan xəstələrlə söhbətdən o da məlum oldu ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən Respublika Klinik Xəstəxanasına Elviz Qasımov direktor təyin olunduqdan sonra pis vəziyyət dəyişməyib, əksinə bir qədər də pisləşib.

Klinikada aşağıdakı nöqsanlar hökm sürür:

-Baş həkimin qəbuluna düşmək müşküldür;
- xəstələrə verilən yeməklər çox keyfiyyətsizdir, ayrılan vəsaitlər mənimsənilir;
- klinikada xəstələrin həkim tərəfindən qəbulu çətindir;
- klinikada iynə-dərman təminatı yox vəziyyətdədir, xəstələr öz hesabına alır;
- həkimlər xəstələrin şikayətlərinə vaxtında baxmır;
- rüşvətxorluq baş alıb gedir, həkimin təyin etdiyi iynə pulla vurulur;
- yaşlıların və körpə uşaqların ölüm halları çoxalıb və uçotdan gizlədilir və s.

Respublika Klinikasında aparılan araşdırma göstərir ki, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov vəzifəyə təyin olunduğu son 2 il ərzində xəstəxananın fəaliyyətində heç bir müsbət dönüş yarada bilməyib, xəstəxanada müalicə olunan xəstələrə normal tibbi xidmət göstərilmir, rüşvətxorluq və mənimsəmə halları yüksəkdir.

Azərbaycan dövləti vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək üçün hər il dövlət büdcəsindən kifayət qədər pul vəsaiti ayırsa da, Respublika Klinik Xəstəxanasında bu vəsaitlər göyə sovrulur.

Şahnaz 

Paralel.az

0.052020072937012