Premyer Liqa: "Zirə" "Turan Tovuz"a məğlub olub

Premyer Liqa:
 

Azərbaycan Premyer Liqasında XVII tur davam edir.

Bu gün daha bir oyun keçirilib.

Liderlər qrupunda qərarlaşan "Zirə" aşağı pillələrdə qərarlaşan "Turan Tovuz"un qonağı olub. Tovuz şəhər stadionunda baş tutan görüşün taleyini 1 qol həll edib. Fərid Nəbiyev 76-cı dəqiqədə vurduğu yeganə qolla ev sahiblərinə 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra 8-ci pillədə qərarlaşan "Turan Tovuz" xallarının sayını 19-a çatdırıb. "Zirə" isə 29 xalla 2-ci yerdə qalıb.

Qeyd edək ki, tura dekabrın 18-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

 

0.015004873275757