Azərbaycanlılar bizə dərs verdi, tükənmiş xalqıq – Adjapahyan

Azərbaycanlılar bizə dərs verdi, tükənmiş xalqıq – Adjapahyan
 

“Bizə ən böyük dərsi azərbaycanlılar verib, amma biz də o dərsi başa düşə bilmirik. Otuz il gözləyəsən və otuz il ərzində torpaq iddiasından əl çəkməyəsən?”

Bunu “hraparak”a açıqlamasında Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mixael Adjapahyan deyib.

Yepiskop Qarabağı itirilmiş hesab edərək ora qayıtmaq barədə deyilənləri isə “saxta” adlandırıb: “Biz Muşa, Ərdahana, Qarsa nə vaxt qayıtsaq, onda da Qarabağa qayıdacağıq”. 

Yepiskop erməniləri artıq yorğun və tükənmiş bir xalq adlandırıb: “Biz yorğun xalq olduğumuz üçün gələcəyimizi planlaşdıra bilmirik. Yalnız ailəmizin daxilindən bir, iki, ən çoxu üç nəsil sonrakı perspektivi planlaşdırırıq. Biz dövlət yaradan xalq kimi meydana çıxmamışıq. Milli dövlət yaratmağa qadir xalq deyildik”. 

O əlavə edib ki, bu gün əsas vəzifə Ermənistanı xəritədə saxlamaqdır: “Başqa heç nə… Bu hakimiyyətin dövlətçilik baxışıdır, bəs həmin Ermənistanda dövlət məzmunu olacaqmı?”

Sülh sazişinə toxunan arxiyeskop deyib ki, sülh müqaviləsi olmayacaq: “Bu, Ermənistanı aşağılamaq üçün müqavilə olacaq. Bu, müqavilə Aleksandropol paktına bənzəyir”.

“Bütün çağırışlara tab gətirə bilmək üçün Ermənistan dövlətçiliyi modeli necə olmalıdır” sualına gəldikdə yepiskop deyib ki, Ermənistan dövlətçiliyi kilsədə və onun ətrafında cəmləşib toplanmalıdır: “Erməni reallığı kilsə arenasından başqa heç bir məsələdə həyat qabiliyyətli olmadığını göstərdi və bu gün də göstərir. Erməni reallığında yeganə canlı arena kilsədir. Bütün siyasi partiyalar yoxa çıxmalıdır. Onlar bu xalqa ancaq fəlakət, ancaq fəlakət gətirdilər”.

Mürtəza
Ölkə.Az

 

0.023633003234863