Türkiyədə “Starbucks”a daxil olan şəxs atəş açdı - VİDEO

Türkiyədə “Starbucks”a daxil olan şəxs atəş açdı - VİDEO
 

Türkiyənin Adana şəhərində O.G. adlı şəxs ov tüfəngi ilə “Starbucks” qəhvə şəbəkəsinə daxil olub.

“Haberler.com” xəbər verir ki, o, insanlara qışqıraraq ətrafa atəş açıb.

"Fələstində uşaqların qanı axır, buranı boşaldın".

Ərazidən keçən mülki geyimli polis əməkdaşı dərhal müdaxilə edərək O.G-ni zərərsizləşdirib. 

Şübhəlinin polis bölməsində dindirilməsi davam edir.

Həmin anlar təhlükəsizlik kamerasına əks olunub.

Günay

 

 

0.077857971191406