Fransada deputat nazirdən prokurorluğa şikayət edib

Fransada deputat nazirdən prokurorluğa şikayət edib
 

“İtaətsiz Fransa” partiyasının parlament fraksiyasının lideri Matilda Pano Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanindən onun nazirliyinin əməkdaşlarının qeyri-qanuni miqrasiya haqqında qanun layihəsinin qəbuluna nail olmaq üçün korrupsiya cəhdləri ilə bağlı prokurorluğa şikayət edib.

Pano bu barədə “X” hesabında məlumat verib.

“Nazir Jerald Darmanin tərəfindən deputatlara qarşı korrupsiyaya səbəb ola biləcək faktlarla əlaqədar prokurorluqla əlaqə saxlayırıq. O, immiqrasiya qanununun rədd edilməsinin qarşısını almaq üçün səsləri jandarma, mobil jandarm briqadaları hesabına satın alıb? Bu faktlar doğrudursa, demokratiyaya ciddi bir təhdid təşkil edir!” - Pano yazıb.

İddiaya görə, son nəticədə rədd edilmiş qeyri-qanuni miqrasiya haqqında qanun layihəsi Milli Assambleyaya (parlamentin aşağı palatası) təqdim edilməzdən əvvəl nazirin tabeliyində olan şəxslər sağçı Respublikaçılar partiyasının deputatlarına telefonla bir-bir zəng edərək müəyyən təkliflər ediblər.

Dekabrın 11-də Nazirlər Kabinetinin miqrasiya qaydalarının sərtləşdirilməsi ilə bağlı qanun layihəsi Milli Assambleyanın deputatları tərəfindən rədd edilib. 270 deputat sənədin əleyhinə səs verib. Bundan sonra Darmanin istefa ərizəsini Fransa prezidenti Emmanuel Makrona təqdim edib, lakin dövlət başçısı bu tələbi rədd edib.(oxu.az)

 

0.017675161361694