Böyük şəhər sahibkarlarının kiçik problemləri "Açıq mikrofon"da
SOCAR-ın "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" növbəti dəfə qədim Gəncə şəhərinin sahibkarları üçün təşkil olunub. Aksiyada ilk olaraq Gəncə RQİİ-nin rəisi çıxış edərək sahibkarların qaz təchizatında üzləşdiyi problemləri dinləməyə hazır olduqlarını bildirib. Daha sonra KOBİA-nın nümayəndəsi sahibkarlar üçün yaradılan bu cür platformaları yüksək qiymətləndirib. Mikrofon önünə çıxan sahibkarlar müraciətlərini ünvanlayıblar. Sahibkarlar ötən illərdə olduğu kimi debitor borcun hissə-hissə ödənilməsində möhlətin bu il də verilməsini xahiş ediblər. Çörək sexinin sahibi Əli Qurbanovun isə digər bir istəyi də olub. O, obyektinin əhali xəttindən sənaye xəttinə qoşulmasını xahiş edib.
Görüşdə səsləndirilən problem və təkliflər araşdırılması üçün qeydiyyata alınıb.
"Paralel.az"