ABŞ-ın strateji neft ehtiyatları son 30 ilin ən aşağı səviyyəsinə düşüb

ABŞ-ın strateji neft ehtiyatları son 30 ilin ən aşağı səviyyəsinə düşüb
 

ABŞ-ın strateji neft ehtiyatları son 30 ilin ən aşağı səviyyəsinə düşüb.

“Report” xəbər verir ki, bunu ABŞ Neft Sənayesi Assosiasiyasının prezidenti Tim Stüart “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası cəmi bir il ərzində milli neft ehtiyatlarının 40%-ni istifadə edib:

“Ehtiyatlar ona görə sərf olunur ki, Amerikanın hazırkı hakimiyyət orqanları növbəti seçki dövründən təhlükəsiz keçə bilsinlər. Digər tərəfdən neft ehtiyatlarının belə aşağı səviyyədə olması milli təhlükəsizliyə də təhdiddir. Ehtiyat çənləri ağır neftlə doldurulmalı olacaq, çünki ABŞ əsasən yüngül neft istehsal edir. Ona görə də ölkəyə yanacaq xaricdən gətirilməli olacaq”.

0.023628950119019