Zelenski: İsrail müharibəsi Ukrayna üçün təhlükədir “Artıq bunun nəticələrini görürük”

Zelenski: İsrail müharibəsi Ukrayna üçün təhlükədir “Artıq bunun nəticələrini görürük”
 

Ukrayna Prezident Volodimir Zelenski İsraillə HƏMAS arasındakı müharibənin  dünyanın diqqətini Ukraynadan yayındıra biləcəyindən və müttəfiqlərin ölkəmizə gələcək yardımına təsir edə biləcəyindən narahatdır.

"Paralel.az" xəbər verir ki, o bunu xarici ölkə mediasına müsahibəsində deyib.

“Biz artıq Yaxın Şərqdəki faciə ilə bağlı beynəlxalq  diqqətin dəyişməsinin nəticələrini görürük. Bunu yalnız korlar görmür”, - Zelenski qeyd edib. 

Prezidentin sözlərinə görə, ukraynalılar başa düşürlər ki, “biz də genişmiqyaslı müharibəyə diqqət yetirmək üçün mübarizə aparmalıyıq. İnsanların buradakı müharibəni unutmasına imkan verməməliyik”, - prezident bildirib. 

Zelenski hesab edir ki, diqqətin bu cür dəyişməsi Ukraynaya iqtisadi və hərbi yardımın azalmasına səbəb ola bilər. 

“Diqqət, elə kömək deməkdir. Diqqət, yoxsa kömək də yoxdur. Biz hər bir diqqət üçün mübarizə aparırıq. Diqqət olmasa, Amerika Konqresində zəiflik yarana bilər”, - deyə prezident yekunlaşdırıb.

Mürtəza
Ölkə.Az

 

0.011851072311401