Erməni deputat Bakıda yaşamaq arzusundadır

Erməni deputat Bakıda yaşamaq arzusundadır
 

Bakıda anadan olan Vilen Qabrielyan yenidən doğulduğu şəhərdə yaşamağa hazır olduğunu deyib.

Bu barədə “hraparak” yazır. 

Onun sözlərinə görə, təhlükəsizliyə təminat verilərsə, yaşamağa hazırdır.

“Dünya yeni yaranmayıb, çoxlu dövlətlər var ki, bir-biri ilə müharibə edib, sonra sülh şəraitində yaşayıb, sonra yenidən müharibəyə başlayıb və s.”, - o qeyd edib.

Qabrielyan əlavə edib ki, nə qədər çətin olmasına baxmayaraq bütün bunlardan sonra belə icmalar bir-biri ilə barışmağa çalışmalıdırlar. “Ermənistan da  istənilən başqa ölkənin vətəndaşlarının təhlükəsizliyinə təminat verə bilər”, - o bildirib.

Mürtəza
Ölkə.Az

 

0.012073993682861