AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək
 

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

"Paralel.az" xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektivdə Belçika yığmasının qonağı olacaq.

"Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ oyunu

21:00. Belçika - Azərbaycan
Baş hakim: Gerqo Boqar (Macarıstan)
Brüssel. "Kinq Baudouin”

 

0.0294029712677