Azərbaycan və Türkiyə iş adamları iclas keçirəcək

Azərbaycan və Türkiyə iş adamları iclas keçirəcək
 

“Azərbaycan Türkiyə İş Adamları Birliyi” ümumi yığıncağının növbəti iclası keçiriləcək.

“Paralel.az” xəbər verir ki,   iclas 2023-cü il dekabrın 9-da baş tutacaq.

Bildirilir ki, ATİB-in idarə heyətinin 19 yanvar 2023-cü il tarixli protokolu ilə ümumi yığıncağın növbəti iclasının çağırılması barədə qərar qəbul edilib. Birlik 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi ilə əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyev 100 – Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfrans təşkil edəcək. Konfransdan sonra iclasla bağlı Türkiyə Səfiri Doç. Dr. Cahit Bağçının himayədarlığı ilə 2023-cü il dekabrın 9-da “Landmark” otelinin Rotunda zalında (ünvan-Bakı, Nizami küçəsi 90A) saat 09.15-də qeydiyyat başlayacaq.

 

 

0.012392044067383