Bu ölkədə kredit kartı ilə ödəniş sistemində kütləvi nasazlıq yarandı

Bu ölkədə kredit kartı ilə ödəniş sistemində kütləvi nasazlıq yarandı
 

Yaponiyada kredit kartı ilə ödəniş sistemində kütləvi nasazlıq yaranıb.

"Paralel.az" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilir ki, ölkədəki əksər mağazalarda kredit və debet kartları vasitəsilə nağdsız ödənişlər etmək mümkün olmayıb.

Daha sonra nağdsız əməliyyatların həyata keçirildiyi ölkənin ən böyük ödəniş sisteminin operatoru olan JCB Korporasiyası nasazlığın artıq aradan qaldırıldığını bildirib.

 

0.013613224029541