BMT-nin 92 əməkdaşı həlak olub

BMT-nin 92 əməkdaşı həlak olub
 

Fələstin – İsrail münaqişəsinin kəskinləşməsindən bəri BMT-nin 92 əməkdaşı həlak olub.

“Paralel.az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə dünya təşkilatının Baş katibi Antoniu Quterreş bildirib.

“Təsəvvür edə bilərsinizmi ki, Qəzza zolağında münaqişə yerində 92 həmkarını itirmiş bir təşkilatı idarə etmək nə deməkdir? Sizə deməliyəm ki, bu, çox çətindir”, – Quterreş deyib.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

 

0.026010036468506