ABŞ vətəndaşlarına İranla bağlı çağırış etdi

ABŞ vətəndaşlarına İranla bağlı çağırış etdi
 
ABŞ vətəndaşları İrana səfər etməməlidir.
 
Paralel.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İrandakı səfirliyinin ələ keçirilməsinin 44-cü ildönümü ilə bağlı bəyanatında deyilir.
 
“Bu gün Ayətullah Xomeyninin davamçılarının ABŞ diplomatlarını Tehrandakı səfirliyimizdə girov götürərək bir ildən çox dəhşətli şəraitdə saxlamasından 44 il ötür. Biz Tehranda xidmət etmiş diplomatlarımıza və dünyada təhlükəli vəziyyətlərdə maraqlarımızı inkişaf etdirmək üçün çalışan bütün diplomatlarımıza minnətdarıq.
 
Təəssüf ki, İran rejiminin əcnəbi vətəndaşları haqsız yerə həbs etməsi uzun bir tarixə malikdir və bu gün də davam edir . Biz İran rejiminin Yaxın Şərq regionununda iyrənc girov götürmə praktikası ilə məşğul olan HAMAS və digər terror qruplarına davamlı dəstəyini pisləyirik.
 
ABŞ vətəndaşlarına xatırladrııq ki, onlar həbs riski səbəbindən İrana səfər etməməlidirlər”.

 

0.014144897460938