Xoşqədəm canlı efirdə Doğuşdan AÇIQLAMA İSTƏDİ - VİDEO

Xoşqədəm canlı efirdə Doğuşdan AÇIQLAMA İSTƏDİ - VİDEO
 
Aparıcı Xoşqədəm Hidayətqızı son günlər həyat yoldaşı, müğənni Doğuşla bağlı yayılan məlumatlardan danışıb. 
 
O, canlı efirdə Doğuşa zəng edib. 
 
Aparıcı Doğuşdan haqqında yayılan məlumatlara görə açıqlama istəyib. Lakin Doğuş iclasda olduğunu, danışa bilmədiyini deyib. Xoşqədəm Hidayətqızıdan bir müddət sonra zəng etməsini xahiş edib. 
 
Həmin görüntüləri təqdim edirik:
 

Qeyd edək ki, müğənni Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün iki övladı var. Onların "ailə tablosu" çərçivəsində birgə apardıqları verilişləri də var.
 
Ötən gün Türkiyənin "SHOW TV" kanalında yayımlanan "Vaz Keçmə" adlı proqrama qatılan Esra adlı xanım 2020-ci ildə müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid olduğunu deyib.
 
O bildirib ki, Doğuş bu münasibətlərini arvadı bilərsə, uşaqlarını onun əlindən alacağından qorxurmuş. Doğuş dəfələrlə ona xanımı Xoşqədəm Hidayətqızının hikkəli xarakterli olmasından bəhs edib və ondan çəkindiyini deyib.
 
Esra Doğuşun ona hədiyyə etdiyi 70 min lirəlik alışqanı yeni sevgilisini susdurmaq üçün satdığını deyib. Çünki sevgilisi onun Doğuşla münasibətlərini mediaya yayacağı ilə şantaj edibmiş. Esra Doğuşun ona boşanacağını və onunla evlənəcəyini vəd etdiyini deyib.

 

0.02108097076416