Baydenin İsrailə səfərinin səbəbi məlum oldu - Politoloq

Baydenin İsrailə səfərinin səbəbi məlum oldu - Politoloq
 

“ABŞ Prezidenti Co Bayden Təl-Əvivə gedərək İsraili dəstəklədiyini açıqlayıb. HƏMAS-ın Fələstini təmsil etmədiyini bildirən Bayden Qəzzada xəstəxanaya hücumun qarşı tərəfdən icra olunduğu haqda fikir səsləndirib. Bayden İsrailə 100 milyon dollar yardım edəcəyini açıqlayıb”.

Paralel.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva  ABŞ Prezidenti Co Baydenin İsrailə səfəri və orda səsləndirdiyi bəyanatı şərh edərkən deyib.

O bildirib ki, Bayden “terror qruplaşması” olaraq xarakterizə etdiyi HƏMAS-ın 31-i ABŞ vətəndaşı olmaqla 1300-dən çox insanı qətlə yetirdiyini, uşaqlar da daxil olmaqla bir çox insanı girov götürdüyünü və onların başına gələnləri dilə gətirib:

“Baydenin Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcəyi, daha sonra İordaniya kralı Abdulla, Misir Prezidenti Əbdülfəttah Əl-Sisi və Fələstin Prezidenti Mahmud Abbasla görüşmək üçün İordaniyaya gedəcəyi gözlənilirdi. Lakin xəstəxana hücumundan sonra onlar bundan imtina edib. Bildirilib ki, Bayden İsraildən qayıdandan sonra tərəflərlə, xüsusilə Misir və Fələstin liderləri ilə telefon diplomatiyasını davam etdirəcək.

Züriyə Qarayeva

Bu bəyanatlardan görünür ki, Baydenin İsrail səfəri münaqişənin həllinə nail olmaq üçün deyil, əksinə Təl-Əvivin arxasında ABŞ-ın dayandığını dünyaya duyurmaqdır. Bundan əlavə, ABŞ Prezidenti İsraildə olan zaman Qəzza yenidən bombalandı. Vaşintqon münaqişələrdə moderator imicini heç bir zaman qazana bilməyib. Bunu Rusiya-Ukrayna münaqişəsində də gördük”.

Turan Rzayev

0.012566804885864