Sevgi verməsək də, dözümlü yanaşmalıyıq - Tahir Kərimlidən çağırış

Sevgi verməsək də, dözümlü yanaşmalıyıq - Tahir Kərimlidən çağırış
 

"Biz sevgi qarşılığı verməsək də, onlara dözümlü yanaşmalıyıq. Heç vaxt fürsətdən istifadə etməməliyik. Bu bizim millətimizin yüksəkliyini, dövlətimizin alicənablığını göstərər".  

Bu fikiri millət vəkili Tahir Kərimli "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ının təqdimatında çıxış edərkən deyib.

Deputat hesab edir ki, bu qəbildən olan (humanist) fikirləri həm beynəlxalq səviyyədə, həm də daxili auditoriyada aşılamalıyıq:

"Bizim içimizdə həm də bir türk mərdliyi olub. Biz heç vaxt nifrətə nifrətlə qarşılıq verməmişik, bağışlamışıq. Başımız bundan çox çəkib. 

Əvvəla onu deyim ki, kim keçmişini unudursa, dövlətçiliyi də unudacaq. Heç zaman keçmişimizi, pislikləri unutmayaq. Bu gün də biz görürük ki, ermənilərin arxasında duranlar bizə qarşı doğrudan da bəzən dini təəssübkeşlikdən və s. istifadə edirlər. Əlbəttə, biz toplum olaraq bunlara nə ilə reaksiya verməliyik. Özümüzün humanizmimizlə, təkrarolunmaz mədəniyyətimizlə" - o bildirib.

Billurə Yunus

 

0.040246963500977