Qərb Azərbaycan qarşısında acizdir, çünki... - Zurabyan

Qərb Azərbaycan qarşısında acizdir, çünki... - Zurabyan
 

Azərbaycan enerji sektorunda Qərbin ciddi iqtisadi tərəfdaşıdır.

Paralel.az xəbər verir ki, bunu Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

“Avropa enerji resurslarına görə Azərbaycandan 5% asılıdır ki, bu da sanksiyaların tətbiqində çox ciddi və mühüm maneədir”, - o qeyd edib.

Bildirib ki, bu və digər bütün məqamları nəzərə alaraq anlamaq lazımdır ki, Qərb Azərbaycanı zəiflətmək üçün addımlar atmayacaq.

“Bütün bunları dərk etməmək Ermənistanda beynəlxalq hüquq və ədalət haqqında illüziya yaradır.

Ona görə də Qərb bəyan etmək və humanitar yardım göstərmək baxımından addımlar atacaq, lakin Paşinyanın gözlədiyi olmayacaq”, - o qeyd edib.

Zurabyanın firkincə, Qərbin hərbi bazalarının Ermənistanda yerləşdirilməsi təhlükəsizliyin təminatı ola bilərdi, lakin bu, baş verməyəcək: “Çünki onların özlərində Ukraynaya yardım göstərməklə bağlı problemlər var, onun bir hissəsi artıq İsrailə göndərilir.

Ona görə də İrəvana heç bir düşərgə ilə körpü yandırmağa ehtiyac yoxdur, çünki kimin qalib gələcəyi bəlli deyil və bəlkə də indi qarşı olduğunuz düşərgə ilə hələ də münasibət qurmalı olacaqsınız.

Bu gün ölkənin güvənsizliyi və iki düşərgənin qarşıdurması şəraitində bir düşərgə tərəfinə keçib, digər düşərgə istiqamətinə tüpürmək təəccüb doğurur. Paşinyanın etdiyi də məhz budur”, - Zurabyan bildirib.

 

 

0.044155836105347