Tacikistanda Rusiya təyyarəsi havaya qalxarkən yanıb

Tacikistanda Rusiya təyyarəsi havaya qalxarkən yanıb
 

Rusiyanın İl-76 nəqliyyat təyyarəsi havaya qalxarkən yanıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Tacikistanın Hissar hava limanında baş verib.

Yanğın təyyarənin mühərriklərdən birində baş verib. Daha sonra təyyarə uçuş-enmə zolağından çıxıb və tamamilə yanıb. 8 nəfər ekipajdan xəsarət alan olmayıb.

 

0.014991044998169