Cari ilin 9 ayı ərzində 50 479 yeni abonent qeydiyyata alınıb

Cari ilin 9 ayı ərzində 50 479 yeni abonent qeydiyyata alınıb
 

“01 oktyabr 2023-cü il tarixinə SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə istehlakçıların sayı 2 561 740 nəfərə çatıb. Əhali sektoru üzrə abonentlərin sayı 2 520 082, qeyri-əhali sektoru üzrə isə 41 658 abonent təşkil edir”. Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Şöbə rəisi həmçinin 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 50 479 yeni abonentin qeydiyyata alındığını da qeyd edib. Əhali limiti ilə bağlı məlumat verən qurum rəsmisi 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 597 731 abonentin 12 qəpik tariflə (ümumi abonentlərin 63,4 %), 811 467 abonentin 20 qəpik tariflə (ümumi abonentlərin 32,2 %) və 110 884 abonentin isə 25 qəpik tariflə (ümumi abonentləin 4,4 %) təbii qazdan istifadə etdiyini diqqətə çatdırıb. Görüş zamanı məscid və dini məbədlər üzrə ayrılan limit şərtlərinə də toxunulub. “2023-cü ilin yanvar-sentyabr ayı ərzində Respublika ərazisində fəaliyyət göstərən 415 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün (illik 5000m3) limit ayrılıb”, - deyə Eldəniz Vəliyev qeyd edib. Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

Ətraflı video materialda:

https://youtu.be/3mPIW4KZryA?si=Me1Vmv3D-LVMyNGX

"Paralel.az"

0.019289016723633