Əsir götürülən israilli qadının görüntüləri paylaşıldı - VİDEO

Əsir götürülən israilli qadının görüntüləri paylaşıldı - VİDEO
 

HƏMAS oktyabrın 7-də İsrailə qarşı “Əl-Əqsa Tufanı” əməliyyatı zamanı Qəzza sərhədində əsir götürdükləri yaralı israilli qadının görüntülərini paylaşıb. 

 "Paralel.az" "Haberler.com"a istinadla xəbər verir ki, videoda qolundan yaralanan 21 yaşlı israilli qadın müalicə edilərkən görülüb. 

Əsir düşən qadın hadisə zamanı Sderot şəhərində ziyafətdə olduğunu bildirib.

“Qəzzaya gətirilmişəm. Məni müalicə edirlər, dərman verirlər. Hər şey qaydasındadır. Ailəmin yanına qayıtmaq istəyirəm. Xahiş edirəm, bizi tez bir zamanda buradan çıxarın”.

 

 

0.018558025360107